Palçıq vulkanı (Lökbatan) - Lökbatan vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından biridir. Lökbatan vulkanı yaxınlığında yaşayış olmasa da, ərazidə neft istehsalı aparılır. Sonuncu dəfə onun püskürməsi 2012-ci ildə baş verib, palçıq püskürməsi ilə yanaşı yanğına da səbəb olub. Palçıq vulkanının palçığı bir sıra dəri xəstəliklərinə, əsəb sisteminə faydalıdır.