Facebook Pixel Code
GoMap XƏRITƏ
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Baxış sayı:
  • Ünvan:
    Nəriman Nərimanov, Bakı, Yasamal, AZ1065
  • Telefon:
    (+994 12) 538-02-47, (+994 12) 538-54-57, (+994 12) 538-54-46
  • Faks:
    (+994 12) 538-02-47
  • Web səhifə:
  • E-poçt:
Avtobus

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1928-ci ildən fəaliyyət göstərir. 9 şöbədən ibarət kitabxana 1937-ci ildən dahi dramaturqumuzun adını daşıyır.

Kitabxana fondu klassik və müasir Azərbaycan, dünya ədəbiyyatı, lüğət və ensiklopediyalar, dərsliklər, elmi-populyar və məlumat ədəbiyyatları ilə daim zənginləşdirilir. Kitabxananın fondu ümumilikdə 132 min 399 nüsxədir.

Gənclər kitabxanası statusunu daşıyan kitabxananın oxucu kontingentini əsasən 14-21 yaş həddində gənclər təşkil etməklə yanaşı, çoxsaylı istifadəçilərin arasında müəllimlər, tərbiyəçilər, müxtəlif sənət, peşə adamları, qulluqçular, təqaüdçülər də vardır. 2014-cü ildə kitabxana 13 min 503 nəfər oxucuya xidmət göstərmişdir.

2015-ci ilin 1 yanvar tarixinə olan məlumata görə kitabxananın fondunda 132 min 399 nüsxə kitab, 2 min 382 CD və DVD vardır. Kitabxnanın elektron kataloquna 11 min 900 kitab, 186 CD və DVD daxil edilmişdir. Elektron kitabxanadakı kitabların sayı 200-ə yaxındır.

Son xəbərlər