Bakıda Qlobal Gənc Liderlər Forumu başlayıb
21.8.2017

Bakıda Qlobal Gənc Liderlər Forumu başlayıb.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı, o cümlədən iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq iştirak edir.
Bundan başqa, Makedoniya və Monteneqro prezidentlərinin, həmçinin, Latviya, Ukrayna Albaniya, Andorra, Bosniya və Herseqovinanın sabiq prezident və baş nazirlərinin övladları tədbirə qatılmaq üçün Bakıya gəliblər.
Tədbirdə liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Forum iştirakçıları “Mənə görə liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?”, “Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?”, “Mədəniyyətlər fərqli yol göstərir?” kimi mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, forum avqustun 24-dək davam edəcək.


report.az