Ekspertlər ilin ən populyar smartfonunu müəyyənləşdiriblər
21.8.2017

Analitiklər bu ilin ikinci rübünün ən populyar smartfonunu müəyyənləşdirmək üçün araşdırma aparıblar.

Strategyanalytics.com saytına istinadla xəbər verilir ki, 2017-ci ilin ikinci rübündə “Apple” şirkətinin istehsalı olan “İphone 7” smartfonları lider olub. Qadjet satışı 16,9 milyon vahid təşkil edib ki, bu da dünya smartfon bazarının 5 faizi deməkdir. Ekspertlər vurğulayıblar ki, əlverişli və cəlbedici dizaynına və geniş funksionallığına görə “Apple” şirkətinin smartfonları populyarlıq qazanıb.

azertag.az