“Art Villa”da qrafiti üslubunda çəkilən rəsmlər nümayiş edilir
23.1.2018

“Art Villa” rəsm qalereyasının divarlarında müxtəlif rəssamların qrafiti üslubunda işlədiyi əsərlərə ictimai baxış olub.

Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

Onun sözlərinə görə, rəsm əsərləri Stefan Bust (İsveçrə), Drax (Böyük Britaniya) və Emil Məcnunov (Azərbaycan) tərəfindən divarlar üzərində çəkilib.

D.Məmmədov söyləyib ki, sərgi İsveçrənin Azərbaycandakı səfirliyi, “Arts Council Azerbaijan” və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Sərgini ziyarət etmək istəyən hər bir kəs “Art Villa” rəsm qalereyasına üz tuta bilər.

azertag.az