“Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır
23.1.2018

Yanvarın 29-dan “Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır.

Yanvarın 29-da Mərkəzi Avropa vaxtı ilə saat 16:00-dan başlanacaq akkreditasiya aprelin 6-dək davam edəcək. Jurnalistlər və fanatlar https://eurovision.tv/press saytında akkreditasiyadan keçə bilərlər.

Müsabiqənin yarımfinallarının biletləri yanvarın 30-dan satışa çıxarılacaq. Biletləri https://www.blueticket.pt/ saytı vasitəsilə əldə etmək olar.

Lissabonda keçiriləcək “Eurovision-2018” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları mayın 8-də və 10-da, final mərhələsi mayın 12-də keçiriləcək. Azərbaycanı bu müsabiqədə Aysel Məmmədova təmsil edəcək.

azertag.az