Xalq rəssamı Natiq Əliyev “Şöhrət” ordeni ilə təltif edilib
10.8.2018

Prezident İlham Əliyev avqustun 9-da Xalq Rəssamı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü Natiq Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən sənətkar bu yüksək dövlət mükafatına heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.


azertag.az