Bakıda dünya şöhrətli “New Life Brass” kvintetinin konserti olub
20.9.2018

Sentyabrın 19-da Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Beynəlxalq Muğam Mərkəzində Rusiyanın T.Dokşiçer adına “New Life Brass” kvintetinin konserti olub.

Dünya şöhrətli “New Life Brass” kvinteti nəfəsli alətlərdən ibarətdir. 2009-cu ildə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılmış kvintet müxtəlif beynəlxalq müsabiqələr və festivallarda iştirak edir. Musiqiçilərin repertuarında klassik və caz janrlarında əsərlər yer alır.

Bakılı tamaşaçılar kvintetin çıxışını böyük maraqla qarşılayıb.


azertag.az