Azərbaycan Milli İncəsənət Muzeyində “Musiqi palitrası” adlı tədbir təşkil edilib
21.9.2018

Mədəniyyət tariximizin əlamətdar günlərindən olan Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində bayram əhval-ruhiyyəli “Musiqi palitrası” adlı tədbir təşkil olunub.

Respublika İncəsənət Gimnaziyasının şagirdləri milli ruhlu musiqi çələngi ilə tədbiri açıq elan ediblər.

Maarifləndirmə məqsədilə tədbirdə əlamətdar günün tarixindən, müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyli yaradıcılığından və milli musiqi alətlərindən ətraflı bəhs edilib.

Milli musiqimizi tanıtmaq, yaşatmaq və milli alətlərə sevgi aşılamaq məqsədilə kiçik ziyarətçilərimiz üçün “Musiqi alətlərinin imitasiyası” mövzusunda ustad dərsi keçirilib.


azertag.az