Viza

Viza alınması qaydaları

MDB ölkələrinin əksər vətəndaşları üçün Azərbaycana gələrkən viza almaq zərurəti yoxdur.

Digər ölkə vətəndaşları xaricdəki Azərbaycan səfirliyində viza əldə etməlidir.

Xaricdə yerləşən Azərbaycan səfirliklərinin və konsulluqlarının siyahısı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən viza almaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

- Doldurulmuş viza üçün ərizə anket formasının bir nüsxəsi (ərizə anket formasının surəti də ola bilər);

- Pasport;

- Ərizə anket formasında pasport üçün nəzərdə tutulan ölçüdə şəkil;

- Rüsum ödənişi ilə bağlı qəbz;

- Qəbul edən tərəfin dəvət məktubu.

Ətraflı məlumat üçün buraya daxil olun.