Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Respulikası Müdafiə Sənayesi Nazirliyi
Baxış sayı:
Avtobus
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMIAzərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində: 2.1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Əsasnaməsinin layihəsini, nazirliyin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev,Azərbaycan Respublikasının Prezidenti.Bakı şəhəri, 16 dekabr 2005-ci il.№ 1181
Son xəbərlər