Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Baxış sayı:
Avtobus
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyiİqtisadi İnkişaf Nazirliyi sabiq prezident Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli, 475 nömrəli Fərmanına əsasən yaradılmışdır. İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, ölkə iqtisadiyyatında struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, daxili ticarət, xarici iqtisadi və ticarət əlaqələri, regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 22 oktyabr 2013- cü il tarixli sərəncamla Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılmışdı. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaradılıb. Hal – hazırda Respublikanın İqtisadiyyat Naziri Şahin Mustafayevdir.
Son xəbərlər