Facebook Pixel Code
GoMap XƏRITƏ
Hazz Hotel
Baxış sayı:
Avtobus
Hale Kai mehmanxanası bir neçə müxtəlif növdə otaq təklif edir:Standarts, Junior Suites, və Executive Suites otaqlar. Üç mərtəbədə yerləşən hoteldə dörd Standart, on bir Junior Suites və səkkiz Executive Suites vardır.Hər bir svit xoş təbii çalarlarla rənglənib fərdi olaraq dizayn edilmiş ləvazimatlarla bəzədilmişdir. Ənənəvi yerli incəsənət əsərləri, Executive Suites otaqlardakı əllə düzəldilmiş rəngli şüşə, yataq otaqlarını qonaq otaqlarından ayıran xüsusi divarlar və əllə toxunmuş xalçalar Bakının zəngin mədəniyyəti və stilini nümayiş etdirməklə yanaşı hər bir otağa özünəməxsus gözəllik və tam rahatlıq verir.Hər bir otaqda zövqlə işlənmiş xalça, parket və daş döşəmə ilə yanaşı tamamilə kaşı döşənmiş vanna otaqları da var. Vanna otaqları radiant qızdırıcı döşəmələr və 900 mm böyüklüyündə duş kabinələri ilə xüsusi dizayn edilmişdir.Kiçik və Prezident Svitlərdə açılan divanlar vardır ki, lazım gəldikdə ikinci yataq düzəltmək üçün onlardan rahatca istifadə etmək olar. Bütün otaqlarda qonaqlarımıza limitsiz yüksək sürətli İnternetə çıxış vermək və bir neçə elektron cihazları dəstəkləmək üçün əlavə elektrik rozetkaları və LAN rabitəsi vardır.
Son xəbərlər