Facebook Pixel Code
GoMap XƏRITƏ
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
Baxış sayı:
Avtobus

Muzeyin təşkili 1934-cü ilə təsadüf edir. Muzeyin yaradıcısı teatr tariximizin öyrənilməsində və təbliğində böyük əmək sərf etmiş Ağakərim Şərifov olmuşdur.
1934-cü ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunmuşdur. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz – Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə demişlər: "Yaşasın Azərbaycan teatrı!"
Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilmişdir.
Azərbaycan Dövlət Teatr Muzeyinin tarixində ən əlamətdar köçürülmə 1991-ci ildə baş verdi. Azərbaycanda muzey məqsədilə tikilmiş ilk və yeganə bina – keçmiş V.İ.Lenin Mərkəzi Muzeyin Bakı filialının binası Mədəniyyət Nazirliyinə verildikdən sonra burada "Muzey Mərkəzi" yaradıldı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyi ilə yanaşı.

Son xəbərlər