Facebook Pixel Code
GoMap XƏRITƏ
Şeyx Dursun məqbərəsi
Baxış sayı:
  • Ünvan:
    Kövlüc kənd yolu, Ağsu, AZ0600
Avtobus

Ağsu şəhərinin 3 metrliyində Şeyx Dursun türbəsi yerləşir. Bu ağ daşdan tikilmiş səkkiztərəfli piramida şəklində olan abidə gözəl sənətkarlıq nümunəsidir. Türbənin hər tərəfınin eni 1,6 metr, hündürlüyü 3 metrdir. Türbənin üstü tikintinin gövdəsinə uyğun olaraq səkkiztərəfli prizma şəklindədir. Abidə sadə üslubda, lakin çox böyük sənətkarlıqla inşa edilmişdir. Qapısı üç bütöv yonulmuş daşdan ibarətdir: iki yan portal və qapının üst hissəsi, ümumiyyətlə, türbə ağ daşdan tikilmişdir. Türbənin üzərindəki ikisətirlik gözəl xətlə bütöv bir daş lövhə üzərində həkk olunmuş kitabədən göründüyü kimi türbədə 1399-cu ilin yayında vəfat etmiş Əhməd Padarın oğlu Şeyx Dursun dəfn edilmişdir. Şamaxının Kalaxana kəndindəki məşhur «Yeddi günbəz»lərdə dəfn olunmuş şəxslər onun 32 nəslindəndir. Rus şərqşünası, akademik B.Domun fondunda Şamaxı şeyxləri haqqındakı arayışda deyilir ki, «Şeyx Dursunun nəsli Şirvan əhlindəndir. Xançobanı mahalından. Padar tayfasındandır. Şeyx Dursun ibn Əhməd Padar şərəfli bir adam olub ki, qoşun hissəsindən Kalaxana qəryəsinin qərbində vaqe olan məşhur yeddi günbəzlər bu Şeyx Dursunun övladlarındandır».

Hal-hazırda bu türbəyə pir də deyərək yerli camaat ziyarət edir.

Son xəbərlər