Belarusun tanınmış balet ulduzları Bakıda
24.2.2017

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində əsas partiyaları Belarusdan dəvət almış məşhur balet ulduzları - Yana Ştangeyi və bu ölkənin Xalq Artisti İqor Artamonov ifa edəcək.

Səhnə əsəri Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunacaq.

azertag.az