Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesində” iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası başlayıb
17.3.2017

Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesində” iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası başlayıb.
Azərbaycan tədbirə prosesin həmsədri qismində ev sahibliyi edir.
Qeyd edək ki, “Asiyanın Qəlbi-İstanbul Prosesi” çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi Türkiyənin təşəbbüsü ilə 2011-ci ildə İstanbul şəhərində keçirilən Nazirlər Konfransında yaradılıb. Prosesin əsas məqsədi mərkəzində Əfqanıstan yerləşən regionda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə verməkdir.

report.az