Məşhur caz pianoçusu Mixil Bortslap Bakı Beynəlxalq Caz Festivalında çıxış edəcək
21.8.2017

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 22-də Rotunda caz klubunda Mixil Bortslap triosu konsert proqramı ilə çıxış edəcək. Hollandiyalı pianoçu Mixil Bortslap Telonius Monk müsabiqəsinin qalibidir.

Oktyabrın 22-də Rotunda caz klubunda, həmçinin kolumbiyalı musiqiçi Edmar Kastanedanın konserti olacaq. O, arfada Latın Amerikası caz kompozisiyalarını təqdim edəcək. Həmin gün “Cine” klubunda isə “Günəşli vadinin serenadası” filmi nümayiş etdiriləcək. Filmin rejissoru Brüs Hamberstoundur.


azertag.az