Abdulla Şaiqin ev-muzeyində kitab təqdimatı
17.10.2017

Oktyabrın 16-da pedaqoji elmlər üzrə fəlsəfə doktoru, pedaqoq və publisist Məlahət Mürşüdlünün “Abdulla Şaiq Talıbzadənin pedaqoji fəaliyyəti və onun “Nümunə məktəbi”nin təlimin yeni məzmunda qurulmasında rolu” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Kitab “Şaiq Nümunə məktəbi”nin yüz illiyi münasibətilə işıq üzü görüb.

Təqdimatda Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadəyə monoqrafiyanın əhəmiyyətindən danışıb.

Sonra isə muzeyin əməkdaşı Məmmədli Elminaz “Şaiq Nümunə Məktəbi”nin yaranması, fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Tədbirdə Məlahət Mürşüdlü monoqrafiyanın yaranma tarixi və məzmunu ilə bağlı geniş məlumat verib. O, Abdulla Şaiqin şərəfli həyat yolu, keşməkeşli pedaqoji fəaliyyəti, “Şaiq Nümunə Məktəbi”ni necə yaratması, şagirdləri və onların valideynlərini anadilli təhsilə cəlb etməsi, Abdulla Şaiqin milli təhsildəki fəaliyyəti barədə ətraflı məlumat verib. O, eyni zamanda müəllifi olduğu və təqdimatı keçirilən kitabın Azərbaycan müəllimlərinin pedaqoji fəaliyyətlərində xüsusi rola malik olacağını da qeyd edib.

Tədbirdə monoqrafiyaların maarifləndirici rolu və əhəmiyyətindən söz açıblar.

azertag.az