İnklüziv “ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək
13.12.2017

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək.

Teatrsevərlər Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşanı dekabrın 19-da izləyə biləcəklər. Səhnə əsərində səkkizi fiziki məhdudiyyətli olmaqla doqquz aktyor iştirak edəcək.

ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadədir.

“ƏSA” teatrının bundan əvvəl hazırladığı səhnə əsərləri çoxlu tamaşaçı tərəfindən maraqla qarşılanıb.

azertag.az