“Sərgüzəşti-vəziri-xani-Lənkəran” Muğam Mərkəzində təqdim edilib
22.2.2018

Beynəlxalq Muğam Mərkəzində M.F.Axunzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.

Tamaşa Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində təqdim olunub. Rolları gənc aktyorlar Sona Novruzova, Nərmin Hüseynova, Şəfiqə Quliyeva, Məhbubə Quliyeva, Ağaəli Kərimzadə, Əbülfəz İsgəndərov, Novruz Şahverdiyev və başqaları oynayıblar.

Tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb.

azertag.az