Bakıda çağdaş türk yazıçılarının hekayələrindən ibarət kitab nəşr edilib
22.2.2018

“AYBkitab” layihəsi çərçivəsində Bakıda “Həyatın rəngləri” (Almanax) - çağdaş Türkiyə yazarlarının hekayələri işıq üzü görüb.

Kitab Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) əməkdaşlıq müqaviləsi əsasında çap olunub.

AYB-dən bildirilib ki, yeni nəşrdə 20 türk yazıçısının, o cümlədən Abdulla Akayın “Cinlərin rəqsi”, Zəhra Birsən Yamakın “Vətən sevgisi”, Zəhra Yücelin “Səs”, Zeynəb Sati Yaçının “Qəhvə fəsiləsi”, Osman Çeviksoyun “Günəbaxan” hekayələri yer alıb.

“AYBkitab” layihəsinin rəhbəri Xəyal Rza, almanaxı Azərbaycan dilinə uyğunlaşdıran Cavid Qədir, redaktoru Şahanə Müşfiqdir.


azertag.az