Azərbaycan Banklar Assosiasiyasında Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib.
Palatadan verilən məlumata görə, tədbirdə Azərbaycan Mərkəzi Bankının, kommersiya banklarının, habelə xidmət mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Qarşılıqlı müzakirələr əsasında keçən təqdimarda ştirakçıların qanun layihəsinə dair çoxsaylı sualları cavablandırılaraq ətraflı məlumat təqdim edilib.
Qeyd edək ki, “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə inklüzivliyinin gücləndirilməsi və bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəflərinin icrası çərçivəsində mühüm nailiyyətlərin əldə olunmasını təmin edəcək bu qanun layihəsi ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində effektiv tənzimləmə və nəzarət çərçivəsinin formalaşmasını, rəqabət mühitinin daha da güclənməsini təmin edəcək.
Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi eyni zamanda innovativ ödəniş həllərinin tətbiqinin genişlənməsinə, istehlakçıların elektron ödənişlər sahəsində hüquqlarının müdafiə mexanizmlərinin möhkəmlənməsinə imkan verəcək.
trend