Azərbaycanda QAZ yük avtomobilləri yığılacaq
23.4.2018

Azərbaycanda QAZ kiçiktonnajlı yük maşınlarının yığılması həyata keçiriləcək.

Bu, “QAZ avtomobil zavodu” MMC və “Azərmaş” ASC arasında imzalanmış əməkdaşlıq memorandumunda nəzərdə tutulub.

Sənəd Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə imzalanıb.

Bildirilir ki, həmin avtomobillər Hacıqabul sənaye zonasında yığılacaq.

Bundan başqa, tədbir zamanı “Şahdağ” dağ-xizək kurortu ilə Şimali Qafqaz Kurortlar Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.


trend