Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək
23.4.2018

Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək.

Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakıya gətirilən yeni qatarın təqdimatında deyib.

O bildirib ki, yeni qatar 5 vaqondan ibarətdir: "Ötən ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bildiyiniz kimi, artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək".

N.Paşayev qeyd edib ki, qatarda olan hər 5 vaqonda sərnişinlər üçün keçid mövcuddur: "Qatar son texnologiyalarla təmin edilib".

O əlavə edib ki, yeni qatarların sərnişin tutumu digərlərinə nisbətən daha çoxdur.


trend