İtaliyanın “Spellbound” balet truppası Bakıda çıxış edib
23.4.2018

Aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İtaliyanın tanınmış “Spellbound” balet truppası çıxış edib.

“Bir axşam Spellboundla” adlı gecə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəniyyət proqramı çərçivəsində reallaşıb. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən şəhərimizin qonaqlarının qatıldığı gecə maraqla qarşılanıb.

1994-cü ildə tanınmış italyan xoreoqraf Mauro Astolfi tərəfindən yaradılmış “Spellbound” mütəmadi olaraq bir çox beynəlxalq balet festivallarında uğurla çıxış edir.

azertag.az