Milli Kitabxanada növbəti kitab sərgisi - “Tofiq Hüseynoğlu-80”
23.4.2018

Azərbaycan Milli Kitabxanasında “Tofiq Hüseynoğlu-80” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgi ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Tofiq Hüseynovun anadan olmasının 80 illiyinə həsr olunub.

Sərgidə alimin əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı, haqqında olan kitablar və dövri mətbuat materialları nümayiş edilir.

Sərgi bir həftə davam edəcək.

azertag.az