Azərbaycana Kolumbiyadan gül idxal olunur
8.5.2018

Kolumbiya Azərbaycana gül ixrac edir.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Bakıya Kolumbiya gülləri bu ilin ilk rübündən etibarən gətirilir.

Səfirlikdən bildirilib ki, Azərbaycana bir həftə ərzində 1 tondan çox pompon, alströmeriya, payızgülü, qızılgül, klavel və gipsofillərin müxtəlif sortları gətirilir. Bu, Kolumbiya güllərinin regiona ixracının genişləndirilməsi baxımından ilk addımdır və gələcəkdə Azərbaycana gül tədarükünün həcminin artırılması planlaşdırılır.

report.az