Yazıçı Kamran Nəzirli “Humay” milli mükafatına layiq görülüb
15.5.2018

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının təqdimat mərasimi keçirilib.

“Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir. Bu dəfə ədəbiyyat nominasiyası üzrə "Azərbaycan ədəbiyyatının təbliği və yayılması sahəsində xidmətlərinə görə" yazıçı Kamran Nəzirli “Humay” Milli mükafatına layiq görülüb. Mükafatı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təqdim edib.

Qeyd edək ki, mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar “Humay” Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilir.


azertag.az