Ölkədə YENİLİK! Aqrobağlar salınacaq
18.5.2018

2018-2021-ci illər ərzində Azərbaycanda 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin ("Azəryaşlandşaft" ASC) sədri Ramik Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ASC tərəfindən bu ilin ilk 4 ayı ərzində 35 hektarda 16 500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb:

"Əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilib. Hazırda tinglik sahələrində 2 635 870 ədəd müxtəlif cinsli ting mövcuddur. 2018-ci ilin payızında isə 921 min ədəd meyvə tinginin yetişdirilməsi nəzərdə tutulub".

R.Əşrəfov bildirib ki, 2008-ci ildən indiyə qədər respublikanın magistral avtomobil yollarının kənarında 4443 hektar ərazidə 5 439 580 ədəd müxtəlif cinsli ağac əkilib.

trend.az