“YARAT” Müasir İncəsənət Mərkəzində yay konserti olacaq
8.6.2018

İyunun 9-da “YARAT” Müasir İncəsənət Mərkəzində Müslüm Maqomayev adına 26 saylı musiqi məktəbinin şagirdlərinin və Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək. Hər kəsin qatıla biləcəyi konsertin bədii rəhbərləri Naala Baratelia və Dmitri Babayevdir.


azertag.az