Azərbaycanlı pianoçu Moskva Dövlət Konservatoriyasında çıxış edib
12.6.2018

Tanınmış azərbaycanlı pianoçu, Moskva Konservatoriyasının aspirantı, beynəlxalq müsabiqələr laureatı Riad Məmmədov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında çıxış edib.

Moskva Konservatoriyasının Raxmaninov zalında “Caz improvizasiya sənəti” adlı konsert təşkil olunub. Musiqi gecəsində tanınmış bəstəkar və pianoçu, müəllim Qriqori Faynın tələbələri iştirak ediblər.

Azərbaycanlı musiqiçi Riad Məmmədov Vaqif Mustafazadənin “Bahar” kompozisiyasını və Qriqori Faynın “Yenə birlikdə” və “Şərq melodiyası” kompozisiyalarını səsləndirib.

Konsertdə, həmçinin pianoçular Yelizaveta Terentyeva, Nikita Xabin, İvan Qostev, Sergey Tyutin, Dmitri Fayn və digərləri iştirak ediblər.


azertag.az