Bakıda parada hazırlıq çərçivəsində hərbi təyyarə və helikopterlərin növbəti uçuşları olub
20.6.2018

Azərbaycan ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə parada hazırlıqlarını davam etdirir.

İyunun 20-də hərbi təyyarə və helikopterlərin Bakı şəhəri üzərində növbəti uçuşları həyata keçirilib.

Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərində olub.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.


report.az