“Qısametrajlı bədii film layihələri” müsabiqəsinə yekun vurulub
3.8.2018

Mədəniyyət Nazirliyinin elan etdiyi “Qısametrajlı bədii film layihələri” müsabiqəsinə yekun vurulub.

Nazirlikdən bildirilib ki, müstəqil prodüser mərkəzləri tərəfindən müsabiqəyə təqdim edilmiş 24 layihə - “Protez” layihəsi – “CNF production”, “Estakadada” layihəsi – “Narimanfilm”, “Naməlum dahi” layihəsi – “Bravo Studio” və “Salam” layihəsi – “Zen Film” münsiflər heyəti tərəfindən seçilib. Qalib layihələrin Mədəniyyət Nazirliyinin sifarişi ilə onları təqdim etmiş şirkətlər tərəfindən “Azərbaycanfilm” kinostudiyasının bazasında istehsalı nəzərdə tutulub.

Qeyd edək ki, layihə kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, milli mənəvi və ümumbəşəri dəyərləri kino vasitəsilə təbliğ etmək məqsədi daşıyır.


azertag.az