“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb
6.8.2018

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb.

MEK-dən bildiriblər ki, məqalələrdə Azərbaycanın Milli qəhrəmanları - Mikayıl Cəbrayılov, Mövsüm Məmmədov, Zakir Yusifov, Əliyar Əliyev, Səfiyar Behbudov, Mehdi Abbasov və Aslan Atakişiyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması prosesi davam edir.


azertag.az