Zabit Səmədov muay-tay çempionu Bris Quidon ilə döyüşəcək
8.8.2018

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə döyüşəcək.

Əvvəllər tanınmış K-1 döyüşçüsü olmuş 2 metr boya malik fransalı ilə döyüş avqustun 16-da Çeçenistan paytaxtı Qroznıda baş tutacaq.

Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunacaq.


report.az