Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək
15.8.2018

Avqustun 19-da Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə növbəti pulsuz ustad dərsləri keçiriləcək. İştirakçılar burada keçirilən açıq məşğələlər zamanı öyrəndikləri bütün elementləri bir yerə toplayaraq yerinə yetirəcəklər.

Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər.

Ölkə yığmasının baş məşqçiləri Elxan Əhmədov, Sudef Quliyev və digərləri tərəfindən aparılacaq ustad dərslərində yaşı 10-dan yuxarı hər kəs iştirak edə bilər. Zəruri qılıncoynatma təchizatı (gödəkçə, maska, əlcək, şpaqa və ya qılınc) yerində veriləcək.


azertag.az