Rus Dram Teatrında “Transformerlər şousu” təqdim ediləcək
16.8.2018

Noyabrın 18-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Transformerlər şousu” təqdim ediləcək.

Teatrın saytına istinadla xəbər verilir ki, bu bənzərsiz şou uşaqlar və böyüklər üçün nəzərdə tutulur. Yeni və heyrətamiz ölçüdə kostyumlara, təcrübəli aktyorların ifasına, istedadlı ssenaristlər tərəfindən işlənib hazırlanmış müəllif proqramına və interaktiv şouya nə uşaqlar, nə də valideynlər laqeyd qala bilməyəcəklər. Tamaşa avtobotlar və deseptikonlar – yadplanetli ağıllı robotlar arasında müharibədən bəhs edir. Onlar arasında ixtilafın predmeti qüvvətli artefakt olan Böyük Qığılcımdır. Ondan düzgün istifadə olunmaması Kainatın məhvinə gətirib çıxara bilər.

Avtobotlar Qığılcımı ondan tamahkar niyyətləri üçün istifadə etməyə çalışan deseptiklərdən müdafiə etmək məqsədilə Yer planetinə gəlirlər. Məşhur nağıllardan cəsur insanlar bu müharibəyə son qoymaq, sülh və firavanlığın yeni dövrünü qurmaq naminə avtobotların köməyinə yetişirlər.


azertag.az