“Ulduzla oxu” layihəsi çərçivəsində növbəti görüş
24.9.2018

Tanınmış müğənni, bəstəkar, Əməkdar artist Miri Yusif pərəstişkarlarını sevindirməyə davam edir.

Müğənni “Ulduzla oxu” layihəsi çərçivəsində Bakı Kitab Mərkəzinin qonağı olub.

Tədbirdə Miri Yusif yaradıcılığından, bəstəkarlıq fəaliyyətindən söhbət açıb, ən sevdiyi müəllif və kitablardan danışıb.

Sonda müğənninin pərəstişkarları ona yaradıcılığı ilə bağlı suallar verib və birgə mahnı ifa ediblər.

Görüşdə müğənninin pərəstişkarları ilə yanaşı, görmə əngəlli uşaqlar da iştirak edib.


azertag.az