Moskvada Azərbaycanın payız hədiyyələri nümayiş etdiriləcək
15.10.2018

Oktyabrın 17-21-də Moskvanın Tvresk meydanında “Azərbaycanın payız hədiyyələri” nümayiş etdiriləcək.

Moskvalılara və paytaxtın qonaqlarına müxtəlif növ yeməklər və əyləncəli proqramlar təqdim ediləcək.

Tədbir qonaqları xurma, nar, mövsümi meyvə və tərəvəzləri, eləcə də, Azərbaycan milli mətbəxinin yeməklərini dada biləcəklər.

Festival çərçivəsində suvenir yarmarkası və foto-sərgi keçiriləcək.

Sərgi hər gün 11:00-dan 20:00-dək (Moskva vaxtı ilə) işləyəcək.

oxu.az