Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalanıb
15.10.2018

Fransanın “Total” şirkəti “Abşeron” qaz yatağının işlənməsi üçün İtaliyanın “Saipem Contracting Netherlands BV”, eləcə də Azərbaycanın “Boshelf LLC” və BƏƏ-nin “STAR GULF FZCO” şirkətlərinin yer aldığı konsorsiumla SURF-müqavilə imzalayıb.

Müqavilə obyektlərin satın alınması, hazırlanması və quraşdırılmasını, qurğuların istismar sınaqlarını və digər işləri nəzərdə tutur.

Qeyd edək ki, “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qazı və 45 milyon ton kondensat həcmində ölçülür.

trend.az