Mədəniyyət naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək
15.10.2018

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də saat 11ºº-da Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, şəhərdəki Heydər Əliyev Mərkəzində ( Mingəçevir şəhəri, 20 yanvar küçəsi 172 ) Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər.

azertag.az