Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qarağacı-Bəhrəmtəpə hissəsi istifadəyə verilib
22.10.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

report.az