Azərbaycan qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb
27.11.2018

2018-ci ilin yanvar-sentyabr ayları üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb.

2018-ci ilin 9 ayı ərzində qiymətli kağızlar bazarında ümumilikdə 18 mlrd. 657,7 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Əməliyyatların 57,2%-i (10 mlrd. 664,4 mln. manat) ilkin bazarda, 42,8%-i (7 mlrd. 993,3 mln. manat) isə təkrar bazarda aparılıb.

2018-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 47 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 546 mln. manat (95%-i və ya 518 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 12 mlrd. 269 mln. manat həcmində (141 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

report.az