Bu il Azərbaycanda 2236 əkiz, 96 üçəm doğulub
18.12.2018

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-oktyabr aylarında 116365 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

Doğulan körpələrdən əkizlərin sayı 2236, üçəmlərin sayı isə 96 olub.

report.az