Türk dünyası üçün 2019-cu il “İmadəddin Nəsimi ili” elan olunub
18.12.2018

Türk dünyası üçün 2019-cu il anadan olmasının 650-ci ildönümü şərəfinə böyük Azərbaycan şairi İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə türkiyəli görkəmli el sənətkarı Aşıq Veysəl ili elan olunub.

Bu barədə qərar dekabrın 18-də Türkiyənin Kastamonu şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasında qəbul olunub.

azertag.az