Gələn il Azərbaycanın çirklənmiş ərazilərini əhatə edən xəritə hazırlanacaq
27.12.2018

"2019-cu ildə Azərbaycanın çirklənmiş ərazilərini əhatə edən xəritə hazırlanacaq".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı aparat rəhbəri Vüqar Kərimov deyib.

O bildirib ki, sovet dövründən kifayət qədər çirklənmiş ərazilər qalıb: "Çirklənmiş əraziləri təmizlədikdən sonra ərazi sıralanacaq. Həmin ərazilər müxtəlif məqsədlərlə istifadə olunacaq".

report.az