Darçını dərman kimi də istifadə edin
8.1.2019

Darçın şirniyyat, yemək və içkilərə xoş qoxu və dad bəxş edir.

Bundan əlavə darçının çox güclü müalicəvi və profilaktik xüsusiyyətləri də var. Bu səbəbdən darçını tək ədviyyat deyil, güclü təbii dərman da hesab edə bilərik. Saglamolun.az darçının müalicəvi xüsusiyyətlərini təqdim edir:

Beyinin fəaliyyətini yaxşılaşdırır

Darçın yaddaşı və diqqəti yaxşılaşdırır, Alsheymer xəstəliyinin riskini azaldır.

Darçını yeməklərə əlavə etməklə siz depressiya, baş ağrısı və əsəbiliyə qalib gələ bilərsiniz.

Ürəyi möhkəmləndirir

Pensilvaniya Universiteti (ABŞ) alimləri sübut ediblər ki, darçının müntəzəm istehlakı ürək-damar sistemi xəstəliklərininin inkişafı riskini azaldır.

Arıqlamağa kömək edir

Darçın metabolizmi yaxşılaşdırır və bununla da arıqlamağa yardım edir. Darçın əlavə olunmuş qatıq ən tanınmış təbii arıqladıcı vasitədir.

Həzm proseslərini yaxşılaşdırır

Qıcıqlanmış bağırsaq sindromu zamanı darçın əla müalicəvi təsir edir. Həmçinin darçın bağırsaqlara antiseptik təsir edir, iltihabı azaldır.

Əhvalı yaxşılaşdırır

Marqanla zəngin olan darçın əhvalı yaxşılaşdırır, stressi azaldır.

Damaqları möhkəmləndirir, nəfəsi təravətləndirir

Güclü iltihab əleyhinə təsirə malik olan darçın ağız boşluğuna çox yaxşı antiseptik təsir edir, damaq və dişləri qoruyur.

Xərçəngdən qoruyur

Bir çox digər ədviyyatlar kimi darçın da xərçəng əleyhinə xüsusiyyətlərə sahibdir. Beləliklə darçının müntəzəm olaraq istehlakı bizi müxtəlif xərçəng növlərindən də qoruyur.

Dərini cavanlaşdırır

Yağlı və problemli dəri üçün darçın əsl tapıntıdır. Darçını kosmetik maskalara əlavə edin.

Ən yaxşı darçın Seylon darçını sayılır. Darçını toz deyil, çubuqlar şəklində alın.

Saglamolun.Az