"Qarabağ" - "Neftçi" matçının saatı və stadionu açıqlanıb
29.1.2019

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, tur iki günü əhatə edəcək. Açılış matçında "Zirə" "Sabah"ı qəbul edəcək.

Cari tura mərkəzi qarşılaşma hesab olunan “Qarabağ” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

2 fevral (şənbə)

16:30. “Zirə” – “Sabah”

Zirə İdman Kompleksinin stadionu



19:00. “Keşlə” – “Səbail”

“ASK Arena”



3 fevral (bazar)

14:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu,

18:30. “Qarabağ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.


report.az