Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələrinə həsr olunan panel keçiriləcək
11.3.2019

Martın 14-də “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçiriləcək.

Bakı Yunus Əmrə İnstitutundan bildirilib ki, Novruz Bayramı münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək tədbirdə məqsəd hər iki ölkənin müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaqdır.

Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, Qeyri-Maddi Mədəni İrs Dərnəyi və Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü və AMEA-nın Folklor İnstitutunun birgə təşəbbüsü ilə reallaşacaq tədbirdə xalq oyunları və ənənələri ilə bağlı müxtəlif mövzularda məruzələr dinləniləcək.


azertag.az